Yanvarın 31-də Tbilisi şəhər Məhkəməsinin "Azel TV" saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzatdığı bildirilir.
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Ötən il, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı müəmmalar davam edir.
İtaliyanın şəxsi məlumatların qorunması üzrə tənzimləyici qurumu (GPDP) Çinin "DeepSeek-R1" süni intellekt tətbiqinin ölkədə "Apple" və "Google" onlayn mağazalarından çıxarıldığını açıqlayıb.
Ağcabədi rayonunda parlayış nəticəsində ölən və yaralananların olduğu deyilir.
Keçmiş senator qızıl və nağd pulla rüşvət almaqda və Misirin xeyrinə qeyri-qanuni lobbiçilikdə təqsirli bilinib.
BMT-nin baş katibi Antonio Quterreş Qəzzada çalışmış ABŞ həkimləri ilə görüşdükdən sonra təcili müalicə üçün 2 min 500 uşağın Qəzzadan dərhal təxliyə edilməsi ilə bağlı çağırış edib.
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi.
ABŞ prezidenti Donald Trampın Qəzza zolağını "təmizləmək" və fələstinliləri qonşu ölkələrə köçürmək təklifi müttəfiqlər və ərəb dövlətləri tərəfindən tənqid olunub və rədd edilib.
7 ilə yaxındır həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə prokuror bir müddət öncə daha 10 il cəza istəmişdi. Bu iş yekunlaşdırılmaq ərəfəsində olsa da, yanvarın 30-da hakim elan edib ki, H.Abdullayevin işi üzrə məhkəmə istintaqı yenilənir.
"Meydan" televiziyası ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən Aynur Qəmbərova (Elgünəş) və Natiq Cavadlının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
İsveç mediasının yaydığı xəbərə görə, 38 yaşlı iraqlı qaçqın Salvan Momika yanvarın 29-u axşam saatlarında Stokholm şəhərinin Södertelye bölgəsindəki mənzilində güllələnib.
Davamı