Bəzi dairələrdən ayrı-ayrı şəxslərin bir neçə dəfə müxtəlif məntəqələrdə səs verməsinə (karusel) dair şikayətlər eşidilir. Məsələn 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 26, 28, 29 saylı məntəqələrində belə halların olduğu bildirilir.
Konkret həmin iddialara sözügedən məntəqələr və cavabdeh yuxarı seçki komissiyalarından münasibət almaq mümkün olmayıb.
Amma 26 saylı məntəqənin sədri Ağamayıl Baxşıyev deyib ki, seçki prosesində heç bir pozuntu baş verməyib. Onun sözlərinə görə, pozuntu olsa və aktlaşdırılsa, onu da araşdırmağa hazırdırlar.
Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb
Saat 08:00-da startı verilən səsvermə saat 19:00-da yekunlaşıb.
Bələdiyyə seçkilərində "karusel" görüntüləri
Seçki bitib, qutular açılmır
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutularının açılmadığı, səslərin sayılmadığı bildirilir.
Həmin dairədən namizəd Cəmilə Əlişeva deyib ki, məntəqə komissiyanın üzvləri seçki nəticələri protokolunu sabah, yanvarın 30-da verəcəklər: "Bu, ciddi qanun pozuntusudur. Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətimi bildirdim".
Mərkəzi və dairə seçki komissiyalarından şikayətə münasibət almaq mümkün olmayıb.