Keçid linkləri

2025, 31 Yanvar, Cümə, Bakı vaxtı 14:08
'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

'Qabaqda bizi problemlər gözləyir' - Bələdiyyə seçkilərinin yekunu

Bələdiyyə seçkilərində pozuntular - Topa bülletenlər və MSK-nın kamerasına düşənlər

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 685 bələdiyyəyə 8 min 71 nəfər üzv seçilməlidir. Ümumilikdə 16 min 92 nəfərin namizədliyi qeydə alınıb. Bir yerə təqribən iki iddiaçı var. Bu seçkilərdə beynəlxalq müşahidəçilər yoxdur. MSK onlara dəvət göndərilməməsini bələdiyyə seçkilərinin lokal olması ilə izah edib.

Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Qanunvericiliyin tələblərinə görə, bələdiyyə seçkiləri 5 il ərzində keçirilməlidir. Həmin müddət 2024-cü ilin dekabrın 24-də başa çatıb. Bəzi müstəqil hüquqşünaslar bələdiyyə seçkilərinin bir aydan çox gecikməsini qanun pozuntusu kimi dəyərləndirsələr də, bununla bağlı hər hansı rəsmi izahat olmadı. Amma ayrı-ayrı deputatlar mövzu ilə bağlı açıqlamalarında bunu 2024-cü ilin noyabrında Bakıda COP29 tədbirlərinin keçirilməsi ilə izah ediblər.

Son dönəmlər, ötən il də daxil, qanunvericiliyə dəyişikliklər edərək bələdiyyələrin sayı azaldılıb.1999-cu ildə ölkədə keçirilən ilk bələdiyyə seçkiləri ilə 2 min 757 bələdiyyə formalaşmışdı.

Seçkilərə bu dəfə ölkə üzrə 23 siyasi partiya qoşulub. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkilərdə iştirak etmədiyini açıqlayıb. Onlar ölkədə azad və ədalətli seçkilər üçün şəraitin olmadığını düşünürlər. Hərçənd rəsmilər bununla razı deyillər.

Saat 08:00-da səsverməyə start verilib. Səsvermə saat 19:00-da bitəcək.

Davamı

XS
SM
MD
LG