MSK: Bələdiyyə seçkilərində seçici fəallığı 31.45 faiz olub
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 milyon 874 min 810 nəfər səs verib və seçici fəallığı 31.45 faiz olub.
Bələdiyyə seçkilərində kvorum yoxdur.
Yaxınları ictimai fəalın həbs olunduğunu bildirirlər
Yaxınları deyir ki, yanvarın 31-də Nəsimi rayon Məhkəməsi ictimai fəal Cəlal Cavadov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka həbs qərarı çıxarıb.
Onların sözlərinə görə, C.Cavadovun narkotikə heç bir aidiyyəti yoxdur.
Məlumatı, hələlik, Daxili İşlər Nazirliyi və məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.
+++
Yanvarın 30-da ictimai fəal Cəlal Cavadovun saxlandığı bildirilir. Onunla yaxınlarının saat 16:00-dan əlaqəsinin kəsildiyi deyilir.
Dostları hesab edir ki, Cavadov noyabrın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı saxlanıb. Onun seçkilərdə müşahidəçi olduğu bildirilir.
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Bəzi müstəqil namizədlərin tərəfdarları və müxalif qüvvələr seçkidə ciddi saxtalaşdırma hallarına yol verildiyini bildirirlər. Amma Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, bütün dairələrdə seçkilər normal keçib: "Seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib".