Şimal küləyi
Bugünlərdə hakimiyyətyönlü "Baku TV" telekanalında Bakıda yerləşən "Rus Evi" mədəniyyət mərkəzi ilə bağlı reportaj efirə gedib. "Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi" adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar yer alıb. Yanvarın 27-də Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb, nazir müavini Mixail Qaluzin bu iddiaları "tamamilə əsassız" adlandırıb. Yanvarın 28-də isə Rusiyanın səfiri Azərbaycan XİN-ə çağırılıb, yerli mətbu orqanında "Rus Evi" ilə bağlı məlumatın rəsmi mövqe olmadığı bildirilib.