Keçid linkləri

2025, 31 Yanvar, Cümə, Bakı vaxtı 17:00

Avropa ölkələrinə çağırış: Şimali Qafqazdan qaçqınları Rusiyaya qaytarmayın 


Moskva Şəhər Məhkəməsi
Moskva Şəhər Məhkəməsi

Amnesty International insan haqları təşkilatı bir neçə Avropa ölkəsini Şimali Qafqazdan qaçqınların və sığınacaq axtaranların Rusiyaya transferini “dərhal dayandırmağa” çağırıb. Qurum işgəncə və pis rəftar riskini əsas gətirib.

“Dini və etnik mənsubiyyətlərindən dolayı... bütöv icmalara ‘təhlükəli ekstremistlər’ damğası vurulub, onların milli təhlükəsizliyə hədə yaratdığı iddia olunur və hüquqlarına real risk olan regiona qaytarılması da bununla əsaslandırılır”, -- insan haqları təşkilatı yanvarın 18-də bildirib.

Amnesty International bu yaxınlarda üzə çıxarıb ki, Xorvatiya, Fransa, Almaniya, Polşa və Rumıniya Şimali Qafqazdan sığınacaq üçün gedənlərin deportasiyasına, yaxud ekstradisiyasına “çalışıb, yaxud bunu gerçəkləşdirib”.

Şimali Qafqazda əsasən müsəlmanlardan ibarət çeçenlər, ləzgilər, inquşlar və digər etnik qruplar yaşayır.

“Qalmaqallı hərəkət”

Qurumun Avropa regional ofisinin direktoru Nils Muijnieks (Nils Muiznieks) deyib ki, Avropa ölkələri “belə tarixçəsi olan çox fərdlərin qaytarılacaqları halda həbs, yaxud oğurlanma, işgəncə, digər pis rəftar, məcburi səfərbərliklə üzləşəcəyini anlamalıdır”.

Onun sözlərinə görə, “Rusiyanın Şimali Qafqaz regionunda təqibdən qaçan adamları həmin pozuntuların baş verdiyi yerə qaytarmaqla təhlükəyə salmaq” Avropa ölkələri üçün “qalmaqallı” hərəkətdir.

Avropadan sığınacaq istəyənlərin ehtiyacları Rusiyada insan haqlarının pis durumda olması və Ukraynada müharibə getməsi fonunda ədalətlə dəyərləndirilməlidir, Muijnieks söyləyib.

Amnesty International belə bir xəbərdarlıq da edib ki, Rusiyaya qaytarılan adamlar Kremlin Ukraynada apardığı müharibəyə göndərilə bilərlər, bundan imtina edənləri isə ağır insan haqları pozuntuları gözləyir.

İnsan haqları qrupu Rusiyada etnik azlıqların “silahlı qüvvələrə qeyri-proporsional cəlbi”nə dair mötəbər məlumatların olduğunu bildirib.

Təşkilat Şimali Qafqazda insan haqları durumunun “ağır” olduğunu, tənqidi fikir səsləndirənlərin, LGBT icması üzvlərinin “hədəfə alınma” riskilə üzləşdiyini vurğulayır.

Amnesty International “Şimali Qafqazdan olanların Avropada diskriminasiyaya” məruz qalması ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG